Corc Mayklın yaşadığı dəbdəbəli malikanə satışa çıxarıldı - FOTO

01:36 03-08-2019 557

Dünya pop musiqisinin əfsanəsi, müğənni Corc Mayklın yaşadığı dəbdəbəli malikanə satışa çıxarılıb.

HerGun.Az "Hello Magazin"-ə istinadən xəbər verir ki, sənətçiyə məxsus olan Kaliforniyadaki lüks villa 5.9 milyon dollar qiymət qoyulub.

Təbiətin gözəl guşələrindən olan Santa-Barbara təpələrində yerləşən malikanənin ərazisi 20 min kvadratmetrdən çox ərazini tutur. İki  mərtəbəli evin sahəsi 450 kvadratmetrdir. Villanın 5 geniş yataq, 6 vanna və mətbəx daxil böyük qonaq otağı var.

Cah-cəllallı malikanədə geniş hovuz, tennis kortu, sauna və 25 avtomobil üçün dayanacaq da mövcuddur.

Qeyd edək ki, dünyaşöhrətli britaniyalı müğənni Corc Maykl 2016-cı il dekabrın 26-da, 53 yaşında dünyasını dəyişib. Polislər pop ulduzun ölümündə heç bir şübhəli hal aşkar etməyiblər.

Rəşad Əliyev