Luvr rəhbərliyindən xəbərdarlıq: Giriş məhdudlaşdırılacaq

02:18 03-08-2019 602

Parisdə yerləşən Luvrun rəhbərliyi ziyarətçilərə sayt vasitəsi ilə öncədən bilet almayanların muzeyə buraxılmama ehtimalı ilə əlaqədar xəbərdarlıq edib.

Le Figaro”nun məlumatına əsasən, administrasiya belə bir məhdudiyyət barədə açıq şəkildə ilk dəfədir elan edir.

Belə ki, muzeyin saytında xəbərdarlıq yerləşdirilib: “Ziyarətə zəmanət vermək üçün onlayn bilet almağı tövsiyə edirik”.

Rəhbərlik bu yolla ziyarətçi axınının artması problemini həll etməyə çalışır.