Kolleksioner zavoddan çıxdığı andan istifadə edilməyən klassik avtomobillərini nümayiş etdirdi - FOTO

05:20 24-02-2021 507

Türkiyənin Kırıkkale  şəhərindən olan avtomobil qalereyasının sahibi zavoddan çıxdığı andan istifadə olunmayan və orijinallığını qoruyan avtomobillərini nümayiş etdirib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Fatih Yunus Güzelin nümayiş etdirdiyi maşınlar arasında 1987 model “Murat 131”, 1974 model “Murat 124”, 1987 model “Renault” da var.

Avtomobillərin bu gün üçün dəqiq qiyməti hələ məlum deyil.