Putin iş adamlarının müdafiəsinə qalxdı

03:27 03-08-2019 550

Rusiya prezidenti Vladimir Putin cinayət işi ilə bağlı aktiv istintaq işi aparılmadığı təqdirdə, sahibkarların həbsini uzatmağı qadağan edən qanun imzaladı. 

Bu barədə hüquq məlumatlarının rəsmi portalında xəbər yerləşdirilib.

Qeyd edilir ki, istintaq qrupu ittiham olunan iş adamını həbsdə saxlamaq üçün əsas gətirməli olacaq. Həbsin müddəti isə istintaq işinin həcmindən asılı olmalıdır.

İstintaqdan qaçmağa çalışmadığı və daim ölkə ərazisində yaşadığı halda, həbsinə icazə verilməyən şəxslərin də siyahısının təsdiqləndiyi bildirilir.