Zelenskinin maaşı açıqlandı

08:18 03-08-2019 448

Ukrayna prezidenti Vladimir Zelenskinin maaşı 28 min qriven (1876 AZN) təşkil edir.

Bu barədə Ukrayna işləri üzrə Dövlət İdarəsi məlumat yayıb.

İdarə bildirib ki, göstərilən məbləğin 5460 qriveni (365 AZN) vergiyə çıxılır. Zelenskinin sələfi Petro Poroşenkonunda prezident postunda eyni məbləğdə maaş aldığı qeyd edilir.