22 yaşlı oğlanın “gənc” anası - Görənlər gözlərinə inanmır

12:36 03-08-2019 624

ABŞ-ın Los-Anceles şəhərinin sakini “Facebook” şəbəkəsində “gənc” anasının şəkillərini paylaşaraq onun belə cavan qalmasının sirrini açıb.

“The Sun” xəbər verir ki, ətrafdakılar “gənc” ananın 22 yaşlı Conatan Nquenin bacısı, yaxud sevgilisi olduğunu düşünür.

C.Nquenin anası ilə birlikdə fotosunu bəyənənlərin sayı 14 mini keçib və təqribən 8 min şərh yazılıb.

Oğul anasının belə cavan qalmasını onun daha çox meyvə yeməsi ilə əlaqələndirib.

O, anasının 40-dan çox yaşı olduğunu deyib: “Onun sirri yaşda deyil, qidada və məşqlərdədir”.