Şəmkirdə narkotik alverçiləri saxlanılıb - FOTO

12:20 01-03-2021 509

Şəmkirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupu məlumat yayıb.

Beləki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Edəniz Şöhləyev saxlanılaraq Polis Şöbəsinə gətirilib, üzərinə baxış keçirilən zaman 0.156 qram narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilərək götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zamanovun yeri müəyyən edilərək RPŞ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 16 ədəd müxtəlif bükümlərdə, ümumi çəkisi 8 qramdan çox narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilib. R. Zamanov istintaqa verdiyi ifadəsində narkotik vasitəni yaxın dostu, rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib. 

Davam etdirilən tədbirlər nəticəsində N.Həsənov da saxlanılaraq RPŞ-yə gətirilib və üzərinə baxış keçirilən zamanı gödəkçəsinin cibindən müxtəlif bükümlərdə, ümumi çəkisi 6 qrama yaxın narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb. N.Həsənov ifadəsində narkotik vasitəni, işlədiyi fermanın yaxınlığında özü yetişdirdiyini bildirib. Qeyd edilən yerə polis əməkdaşları baxış keçirib və oradan ağ rəngli polietilen torbada, təmiz çəkisi 3 kq 490 qram,  narkotik vasitə olan, qurudulmuş “marixuana” və 12 ədəd çətənə bitkisinin kolları aşkar edilib.
Aşkar edilən maddi sübutlar ekspertiziyaya təqdim edilib, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.