Azərbaycan və Türkiyə Qarabağın işğaldan azad edilməsi haqqında birgə film çəkəcək - VİDEO

13:40 02-03-2021 511

Azərbaycan və Türkiyə Qarabağın işğaldan azad edilməsi haqqında film çəkilişlərində birgə fəaliyyət göstərəcək.

Bu barədə Ankaraya rəsmi səfər edən Mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə müsahibəsində deyib.

O, film sahəsində Türkiyənin təcrübələrindən faydalanmaq istədiklərini vurğulayıb.

“Qəhrəman əsgərlərimizin mübarizəsini filmlə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq. Keyfiyyətli filmlərin çəkilməsinə ehtiyac var. Bu məqsədlə türkiyəli qardaşlarımız və istehsal şirkətləri ilə ortaq layihələr hazırlamaq istərdik”, - deyə nazir vurğulayıb.