107 yaşlı amerikalı qadın uzunömürlülüyün sirrini açıqladı

15:27 03-08-2019 607

107 yaşını qeyd edən amerikalı qadın uzunömürlü olmağının sirrini açıqlayıb.

Məlumata əsasən, Nyu Yorkda yaşayan Luis Siqnor ailə həyatı qurmağın insan ömrünü qısaltdığını bildirib.

Heç vaxt ailə qurmayan L.Siqnor uzun və sağlam həyatın sirrini elə evlənməməkdə görür.
Aktiv həyat tərzi keçirən qadın bu yaşında da özünü çox gümrah hiss edir. Onun ənənəvi ad günü şənliyinə hər il yüzdən çox insan qatılır.

Qeyd edək ki, ABŞ-da ən yaşlı qadın digər Nyu York sakini 114 yaşlı Alelia Mörfidir.