Ermənistanda avtobus qəzası: 18 yaralı

17:27 03-08-2019 364

Ermənistanda uşaq bağçasının işçilərini aparan “PAZ” markalı avtobus qəzaya uğrayıb. 

Shamshyan.com saytı xəbər verir ki, hadisə Tavuş vilayətinin Qoş kəndində baş verib. 

Avtobusun aşması nəticəsində 18 nəfər xəsarət alıb. 

Yaralılar Dilijan tibb məntəqəsəinə aparılıb. Hadisənin səbəbləri məlum deyil.