Ermənistan ordusunda intiharların əsas səbəbi açıqlandı

18:09 03-08-2019 386

Ermənistan Silahlı Qüvvələrində baş verən intiharların əsas səbəbi açıqlanıb. 

“Sputnik Ermənistan” xəbər verir ki, bununla bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan danışıb. 

Onun sözlərinə görə, ailəsində problemlər olan, ağır sosial şərtlər altında yaşayan erməni hərbçilər var və bu məsələlər onların xidmətində özünü göstərir. 

Qeyd edək ki, iyulun 23-dən 24-nə keçən gecə 2000-ci il təvəllüdlü Volodya Qamletoviç Qaloyanın Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində üzərində güllə yarası olan meyiti tapılıb. 

Məlum olub ki, V.Qaloyan əvvəlcə post rəisinə atəş açıb, daha sonra isə intihar edib.