Milyon dollarlıq tortla ad günü keçirən türk iş adamı tənqid olundu – FOTO

00:20 05-03-2021 820

Türkiyənin tanınmış iş adamı Əli Ağaoğlu 67 yaşını qeyd edərkən bir milyon dollar şəklində tort sürprizi ilə qarşılaşıb.

Ad günü tortunu sosial mediada paylaşan bisnesmen “Həyatımın ən bahalı tortu oldu” deyə qeyd edib.

Digər bir iş adamı Fərrux Daşdəmirin həyat yoldaşı tərəfindən hazırlanan tort sosial şəbəkə istifadəçiləri tərifindən qınanıb. Paylaşımın altında “Pul yanlış adamlardadır”, “Varlılar zarafat etməsin” kimi minlərlə tənqidi şərh yazılıb.