Ukrayna seçkilərinin rəsmi nəticələri açıqlandı: beş partiya baryeri keçdi

19:27 03-08-2019 475

Ukraynada keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb.

TASS xəbər verir ki, iyulun 21-də baş tutan və 22 partiyanın iştirak etdiyi səsvermənin nəticələrini Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk açıqlayıb.

Yekun məlumatlara görə, ölkə Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası 43,16% səslə birinci yer tutub.

Rusiya meyilli “Müxalifətçi platforma - Həyat Uğrunda” 13,05% səslə ikinci olub.

Eks baş nazir Yuliya Timoşenkonun başçılıq etdiyi “Batkivşina” 8,18% səs toplaya bilib.

Keçmiş prezident Petro Poroşenkonun “Avropa Həmrəyliyi” 8,10%-lə üçüncülüyü qazanıb.

 “Okean Elzı” rok qrupunun solisti Svyatoslav Vakarçukun liderlik etdiyi “Səs” partiyası isə 5,82% səs toplayıb və 5%-lik baryeri keçməyi bacarıb.

Qeyd edək ki, ümumilikdə 6.3 milyon Ukrayna vətəndaşının səsini alan “Xalqın xidmətçisi” partiyası Ali Radada 124 deputatla təmsil olunacaq.