Eduard Məmmədov “Agent 001”in sorğu-sualında - VİDEO

18:20 05-03-2021 378

Kikboksinq üzrə dəfələrlə dünya çempionu Eduard Məmmədov AzTV-nin yeni layihəsi olan “Agent 001”in ilk qonağı olub.

HerGun.Az-ın xəbərinə görə, verilişin formatına əsasən aktyor və rejissor Vüsal Hacı Qədir qonaqlarını öz yanına gətizdirir, onları həyat və yaradıcılıqlarına dair sorğu-sual edir.

Çağırılmış qonaqlar bu sorğu-sual nəticəsində özündən çıxır, əsəbləşirlər.

Qeyd edək ki, bu gün saat 21:30-da efirə gedəcək “Agent 001”in digər qonaqları aktrisa Mehriban Zəki, müğənni Nigar Camal, kinorejissor Ayaz Salayev kimi tanınmış simalar olacaq.

Səbuhi Musayev