“Valorant” yarışının qalibi məlum oldu

19:00 05-03-2021 402

“Gaming League Azerbaijan” tərəfindən Azərbaycanda ilk dəfə “Valorant” turniri keçirilib.

“I Valorant” gözlənildiyi kimi, böyük marağa səbəb olub.  Yarışda ümumilikdə 28 komanda iştirak edib. 

Finalda “StrongUnion”u 2-0 hesabıyla üstələyən “The North Remembers” yarışın qalibi olub. Üçüncü yer uğrunda görüşdə isə “21G Esports” komandası “Bruh Gaming”i məğlub edib.

Beləliklə ilk üçlük belədir:

1. The North Remembers
2. StrongUnion
3. 21G Esports

Xatırladaq ki, “Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birgə dəstəyilə təşkil edir. 

“Instagram” ünvanı: Glahub

Youtube ünvanı: Glahub

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.