YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – YENİLƏNİB+SİYAHI

22:20 05-03-2021 490

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında partiyanın Veteranlar Şurası yaradılıb.

Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

Veteranlar Şurasının tam tərkibi belədir:

Arif Rəhimzadə, Sədaqət Qəhrəmanova, Akif Əlizadə, Ədalət Fərəcov, Kərim Kərimov, İsgəndər Quliyev, Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Vilayət Əliyev, Ramiz Mehdiyev, Dilarə Seyidzadə, Yaqub Mahmudov, Məmməd Nəsirov, Rizvan Cəbiyev, Şahlar Əsgərov, Zahid Xəlilov, Adilə Abbasova, Urxan Ələkbərov, Hüseynbala Mirələmov, Rafiq Məmmədhəsənov, Cəmil Əliyev, Misir Mərdanov, Nurlana Əliyeva, İbrahim Əzizov, Əhliman Əmiraslanov, Maqsud Nəcəfov, Asif Cahangirov, Elbay Qasımzadə, Əli Həsənov, Nizami Xudiyev, Tahir Məmmədov, Xeyrəddin Qoca, Elman Məmmədov, Vahid Novruzov və Tahir Rzayev.

 

13:12

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası ləğv edilib. 

HerGun.Az-ın məlumatına əsasən, bu barədə YAP-ın qurultayında qərar qəbul edilib. 

Siyasi Şuranın əvəzinə Veteranlar Şurası yaradılıb. 

Eks-deputat Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib. Sədaqət Qəhrəmanova isə onun müavini seçilib.

Aqşin Kərimov