Türkiyədə koronavirusdan 62 nəfər vəfat edib – FOTO

23:40 05-03-2021 387

Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 62 nəfər olub.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, martın 5-də ölkə üzrə verilmiş 138.214 COVID-19 testindən 11.302-nin cavabı müsbət çıxıb.

Son 24 saat ərzində Türkiyədə 7711 nəfər virusdan sağalıb ki, bununla da indiyədək sağalanların ümumi sayı 2.608.848 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 1232 ağır koronavirus xəstəsi var.