ABŞ-da ticarət mərkəzinə hücum: yaralılar var

00:09 04-08-2019 550

ABŞ-ın Texas ştatının El-Paso şəhərində naməlum şəxslər ticarət mərkəzinə gələnlərə atəş açıb.

HerGun.Az “The Hill”ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 18 nəfər xəsarət alıb. Onların vəziyyəti haqqında hələlik dəqiq məlumat yoxdur.

Hadisə “Cielo Vista” adlı ticarət mərkəzində baş verib.

Bildirilir ki, cinayətkar hələlik tutulmayıb. Polis ehtimal edir ki, atəş açanlar bir neçə nəfər olublar.

Hökumət vətəndaşlardan təhlükəli rayonlardan uzaq olmağı, həmçinin polis əməkdaşlarının fəaliyyəti haqqında sosial şəbəkələrdə məlumat yerləşdirməməyi xahiş edir.