Sənədli film ustası Pennebeyker öldü

09:00 04-08-2019 602

Amerikalı rejissor, “Oskar” mükafatı laureatı Donn Allan Pennebeyker 94 yaşında dünyasını dəyişib.

AP agentliyi bildirir ki, bu barədə onun oğulu Freyzer məlumat verib.

Rejissor Lonq-Aylenddəki evində təbiii səbəblərdən ölüb

Karyerasına 1950-ci ildə başlayan Pennebeykerin ilk işi Con Kennedi və Hyubert Hamfri arasındakı  rəqabət haqqında danışılan “İlkin” sənədli filmi olub.

O, Bob Dilan  (Don’t Look Back, 1960) , Devid Boui (Ziggy Stardust and the Spiders from Mars, 1973), Cimi Hendriks (Jimi Plays Monterey, 1986), Depeche Mode (101, 1989) və bir sıra digər artistlər haqqında sənədli filmlər çəkib.

Rejissor 2013-cü ildə “kinematorafiyadakı görkəmli rolu”na görə “Oskar”a layiq görülüb.