Silvestr Stallonenin atalığı həbs oluna bilər

09:27 04-08-2019 510

Amerikalı aktyor Silvestr Stallonenin ögey atası  58 milyon dollar vəsaiti mənimsəməkdə ittiham olunur.

HerGun.Az-ın "Radar" onlayn nəşrinə istinadən verdiyi xəbərə görə, indi neyrocərrah uzunmüddətli həbs təhlükəsi ilə üzləşib.

Yetmiş üç yaşlı ulduzun atalığı dövlət tibbi sığorta fondundan pul oğurlamaqda şübhəli bilinir.

Bu yaşlı adam xəstələrinin ev qayğısına ehtiyacı olduğunu ifadə edən sənədlərə imza atıb. Xəstələrin bu xərclərini isə dövlət fondu ödəyirmiş.