İran qırıcı təyyarəsi qəzaya uğradı

16:45 04-08-2019 499

İranda ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi qəzaya uğrayb.

HerGun.Az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, hər iki pilot sağ qalıb.

Hadisə yerli vaxtla saat 12.30-da, Tengestan əyaləti yaxınlığında baş verib.

Yerli hökumətin rəhbəri Abdol-Hüseyn Rəfiepurun bildirdiyinə görə, qəzaya səbəb texniki nasazlıq ola bilər.

Hadisənin təfərrüatı barədə məlumat verilmir.