Hitrou hava limanı böyük tətilə hazırlaşır

17:09 04-08-2019 844

Londonun Hitrou hava limanında avqustun 5–6-da 180 reys təxirə salınacaq.

HerGun.Az-ın "Associated Press"-ə istinadən verdiyi xəbərə görə, bu, işçilərin əvvəlcədən planlaşdırdıqları tətillə bağlıdır.

Tətilçilər öz maaşlarından narazıdırlar. Bu sıeada həmkarlar təşkilatına daxil olan təhlükəsizik xidməti, yanğınsöndürmə işçiləri, yanğınsöndürənlər və mühəndislər də var. Onlar hava limanının rəhbərliyindən etiraz edirlər.

Həmkarlar təşkilatı öz növbəsində işçilərin maaşlarının 7,3% artırılması ilə razılaşmayıb və bunun kifayət etmədiyini bildirib.