İki avtomobil toqquşdu: işıqfor aşdı

17:18 04-08-2019 542

Bakının Nizami rayonunda 2 minik avtomobili toqquşub, işıqfor aşıb.

HerGun.Az xəbər verir ki, hadisə "Neftçilər" metrostansiyasının yaxınlığında, Bəkir Çobanzadə və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində baş verib. "Toyota Prado" markalı minik avtomobili ilə "Mercedes" markalı iritutumlu minik avtomobilləri toqquşub. Avtomobillərdən biri yol kənarındakı işıqfor dirəyini aşırıb.

Hadisənin təfərrüatı Nizami Rayon Polis İdarəsində araşdırılır.

Kamil Əmirli