Sərxoş kapitanın gəmisi iki dəfə quruya “oturdu” - Riqa limanında

18:27 04-08-2019 527

Riqa limanında gəmiçilikdə nadir hallarda rast gəlinən hadisə baş verib.

“RİA Novosti” xəbər verir ki, Antiqua və Barbuda bayrağı altında üzən yük gəmisi limandan çıxarkən torpağa ilişib.

İlk cəhddə özü çətinliklə yoluna düzələn su nəqliyyatı ikinci dəfə daha çətin yerdə “ilişib”.

Bu dəfə köməyə sahil mühafizə xidmətinin “Qaysma KA06” gəmisi yetişib. “İlişdiyi” yerdən çəkilərək çıxarılan yük gəmisində yoxlama aparılarkən kapitanın sərxoş olduğu aşkarlanıb.

Başverənlər haqqında protokol tərtib olunduqdan sonra gəmi yenidən limana çəkilib və saxlanılıb.