Alp dağlarının təhlükəsi: ölənlərin sayı artmaqdadır

03:09 05-08-2019 783

İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki almaniaylı alpinist ölüb.

RİA Novosti” xəbər verir ki, Dan Blanş zirvəsi 4357 metr yüksklikdə yerləşib.

Məlumata əsasən, hadisə şənbə günü səhər baş verib. Bildirilir ki, alpinistlər zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi digər alpinistlər olub və xilasetmə xidmətlərinə xəbərdarlıq ediblər.

Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.

Hesablamalara görə, Alplarda ən çox bədbəxt hadisə yay fəslinə təsadüf edir – aya orta hesabla 20 adam ölür.  

Bundan əvvəl, avqustun 1-də İngiltərədən olan 58 yaşlı turist Ştralhorn dağına qalxarkən həlak olub. Britaniyalı qadın Allalinxorn buzlaqından keçərkən buzda  yaranan çatlaqa düşüb.