Rusiyalı sürətli qatarın üstünə dırmaşıb və ölüb

04:45 05-08-2019 516

Rusiyalı kişi “Sapsan” sürətli qatarının üstündə yol getmək istəyib.

Bu haqda “Lenta.ru”ya Moskva regionlar arası istintaq idarəsinin rəsmi nümayəndəsi Yelena Markovskaya məlumat verib.

Bazar günü naməlum kişi hərəkətdə olan sürətli qatarın damına çıxıb və qısa qapanma nəticəsində həlak olub.

Tver-Redkino istiqamtində qatar dayandırılıb və alov söndürülüb.

Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.