Azərbaycanda kriminal avtoritet intihar etdi

09:18 05-08-2019 614

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Report” xəbər verir ki, fakt şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, Cəlilabad şəhər sakini, Qasımov Sahib Məzahir oğlu intihar edib. İlkin məlumata görə, o, qəbul etdiyi yüksək dozalı narkotik maddənin təsiri ilə özünü öldürüb.

Qeyd edək ki, S.Qasımov Cəlilabad rayonunda “Ququ” ləqəbli kriminal avtoritet kimi tanınır.

Faktla bağlı araşdırma aparılır.