“Tesla” elektromobillərinin bitkoinlə satışı başlayıb - FOTO

06:20 25-03-2021 639

“Tesla” elektromobillərini artıq bitkoin qarşılığında da əldə etmək olar.

Bu barədə istehsalçı şirkətin sahibi İlon Mask özünün “Twitter” səhifəsində məlumat verib.

Hazırda kriptovalyuta ilə alış yalnız ABŞ sakinləri üçün mümkündür. Lakin yaxın gələcəkdə bu hüquqdan digər ölkələrin vətəndaşları da istifadə edə biləcəklər.