Püşk atıldı: “Qarabağ” “Ayaks”la qarşılaşa bilər

14:36 05-08-2019 702

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

HerGun.Az xəbər verir ki, bu gün III təsnifat mərhələsində mübarizə aparacaq APOEL – “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib. Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi PAOK (Yunanıstan) – “Ayaks” (Niderland) cütünün güclüsü ilə qarşılaşacaq.

Yəni “Qarabağ” APOEL-i keçsə, ya sabiq braziliyalı futbolçusu Pedro Enrikenin çıxış etdiyi Yunanıstan, ya da ötən il Çempionlar Liqasında yarımfinaladək irəliləmiş Niderland çempionu ilə qarşılaşacaq.

Pley-offdakı ilk oyun Bakıda keçiriləcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-i və 27-28-də keçiriləcək.