Mirabdulla Abbasov “Neftçi” ilə müqaviləni uzadıb, “Səbail”ə keçdi

21:09 20-06-2019 145

“Neftçi” PFK yetirməsi Mirabdulla Abbasovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb. 

Klubun rəsmi saytı xəbər verir ki, anlaşmaya görə, 24 yaşlı hücumçu 2020/2021 mövsümünün sonunadək komandamızın üzvü olacaq.

Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün “Neftçi” PFK-nın rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçumuz, həm də gələcəkdə komandamız üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. 

Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün bu mövsümün sonunadək “Səbail” klubuna icarəyə verilib.

Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində "Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.