Türkiyəli gənc aktrisa koronavirusa yoluxub - FOTO

09:00 04-04-2021 502

Türkiyəli gənc aktrisa Ceren Yılmaz koronavirusa yoluxub.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Bildirilir ki, müalicə üçün xəstəxanaya yerləşdirilən aktrisa palatadan öz vəziyyəti barədə məlumat verib və halını soruşanlara təşəkkürünü bildirib.

“Təəssüf ki, koronavirusa yoluxmuşam. Amma keçər hər halda, elə düşünürəm”, - deyən aktrisa pərəstişkarlarının onun üçün dua etməsini istəyib.

Qeyd edək ki,  Ceren Yılmaz “Zümrüdüanka”, “Filinta”, “Yağmurdan Kaçarken” serialları və “Üç Harfliler: Adak” filmindəki rolları ilə tamaşaçıların yadındadır.