Məşhur musiqiçi pəncərədən yıxılaraq öldü

21:54 20-06-2019 154

Məşhur “Cassius” duetinin üzvü, fransiz musiqiçisi, DJ Filipp Zdar pəncərədən yıxılaraq ölüb.

HerGun.Az rus mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı musiqiçi Parisdə qədim binalardan birinin yuxarı mərtəbəsindən yerə düşüb. Zdarın dostu Sebastyen Farran mediaya açıqlamasında söyləyib ki, o pəncərədən təsadüfən yıxılıb. 

Fransız polisi baş verən hadisənin təfərrüatlarını araşdırmağa başlayıb. 

Qeyd edək ki, Filipp Seboneşi, Zdar ləqəbi ilə tanınır. 1993-cü ildə Hubert Blank-Frekardla birlikdə “Cassius” duetinin əsasını qoyub.  O dünya şöhrətli reperlər Kanye Vest, Pharrell və MC Solaar ilə birgə çalışıb.

Rəşad Əliyev