Sabunçuda 29 yaşlı qadın bıçaqlandı

08:00 06-08-2019 513

Bakıda 29 yaşlı qadın bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

1990-cı il təvəllüdlü Gülməmmədova Ramilə Hafiz qızı bıçaq xəsarəti alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərilib. R.Gülməmmədovanın vəziyyətinin stabil olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu