Putin azərbaycanlı jurnalistlə doğramac barədə danışdı

23:18 20-06-2019 61

Rusiya prezidenti Vladimir Putin canlı yayımda tamaşaçıların sualını cavablandırdıqdan sonra, media nümayəndələri ilə söhbət əsnasında Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin azərbaycanlı əməkdaşı Nailə Əskərzadəyə sevdiyi doğramac növündən danışıb.

Nailə Əskərzadə sadə bir sualın sosial şəbəkələrdə daim mübahisə yaratdığını söyləyib.

Putin bildirib ki, doğramacı kvasla yeməyi sevir. O qeyd edib ki, yeməyinə aşpazlarının onun evdə hazırladığı kvas əlavə edir.