“Fəlakət” boşanıb?

12:27 06-08-2019 714

Ötən il fevral ayında ailə həyatı quran aktyor Elşən Orucovun həyat yoldaşından ayrılması haqqında məlumatlar yayılıb. Cütlüyün artıq bir müddətdir ayrı evlərdə yaşadığı bildirilir.

E.Orucovun prodüseri Abbas Kərimli HerGun.Az-a açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Elşən ilə İlahə boşanmayıblar. Bu, şayiədir”.

Qeyd edək ki, Elşən Orucov “Fəlakət” obrazı ilə məşhurlaşıb.

Xatırladaq ki, aktyor və xanımı ATV-də bir yerdə çalışan zaman tanış olublar. Cütlüyün bu nikahdan 2018-ci ilin dekabrında qız övladı dünyaya gəlib.

Rəşad Əliyev