PSJ Mbappeni “Real”a göndərib Ronaldunu alacaq

05:00 11-04-2021 396

Yay transfer dövründə Kilian Mbappe və Kriştianu Ronaldunun yeni klublarının adlarına aydınlıq gələcək.

Nüfuzlu AS nəşrinin iddiasına görə, “Real”ın növbəti mövsüm üçün planlarında ilk sırada Erlinq Holand deyil, PSJ-nin hücumçusu Kilian Mbappe dayanır.

Mbappe PSJ ilə yeni müqavilə məsələsinə müsbət yanaşmayıb. Məhz bu səbəbdən PSJ-nin müqaviləsinin bitməsinə bir il qalan futbolçunun satışından pul qazanmaq istədiyi qeyd olunur.

İtaliyanın “Tuttosport” nəşrinin iddiasına görə isə PSJ Mbappenin yerini Kriştianu Ronaldu ilə doldurmağı planlaşdırır. Portuqaliyalı ulduzun isə uğursuz keçən mövsümün ardından yeni həyəcan axtarışında olduğu vurğulanır.