“SOCAR Metanol” zavodunda metanol istehsalı 710 min tonu keçib

14:18 06-08-2019 502

2016-cı ildən bu günədək “SOCAR Metanol” zavodunda 710 min tondan çox metanol istehsal olunub.

Trend məlumat verir ki, ötən il 230 min tona yaxın məhsul istehsal olunub, bu ilin sonunadək isə 350 min ton metanol istehsalı planlaşdırılır.

Qeyd edək ki, zavod həmin məhsulun satışına 2014-cü ilin yanvarından başlayıb.

Qafqazda yeganə olan zavodun illik istehsal gücü 650-700 min ton təşkil edir.