Roma Papası uzun fasilədən sonra dini mərasimdə iştirak edənlərin əlini sıxıb

08:00 12-04-2021 349

Roma Papası Fransisk İtaliya paytaxtındakı Santo Spirito in Sassia kilsəsində keçirilən bazar günü mərasimində uzun sürən fasilədən sonra məbəddə olan bütün şəxslərin əlini sıxıb.

“Vatican News” xəbər verir ki, mərasimdə 80 nəfər iştirak edib.

Qeyd olunur ki, Papa pandemiyanın başlanmasından bəri insanlarla sıx təmasdan çəkinir.

Fransiskin yaxın günlərdə koronavirusa qarşı peyvənd olunduğu bildirilir.