Tramp Venesuelaya marağını itirib

23:27 20-06-2019 53

ABŞ prezidenti Donald Tramp Venesuela böhranına marağını itirib.

Bu barədə The Washington Post  ABŞ administrasiyasında olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, başda Xuan Quaydo olmaqla Venesuelanın müxalifət nümayəndələri,  iqtidarda çoxsaylı tərəfdarlarının olduğunu və Nikolas Maduronu asanlıqla devirə biləcəklərini əmin edirdi. Tramp müxalifətə dəstək olmaqla “qələbə çalacağını və bunu sonradan xarici siyasətindəki yüksək nailiyyət kimi reklam edəcəyinə” ümid edirdi. Lakin, müxalifətin üzləşdiyi ardıcıl uğursuzluqlardan sonra Ağ Ev rəhbərinin səbri tükənib və Latın Amerikası ölkəsində baş verənlərə ümumiyyətlə marağını itirib.

 Xatırladaq ki, aprelin 30-da Xuan Quaydo hər hərbçiləri və Venesuela xalqını ölkə prezidenti Nikolas Maduronu devirməyə çağırmışdı. O ordunun onun tərəfinə keçdiyini və “Azadlıq” əməliyyatının sonuncu mərhələsinə qədəm qoyduqlarını bildmirşdi. Ancaq etirazların yatırılmasından bir gün sonra Maduro müxalifət qüvvələri üzərində qələbə elan etdi.