Mikayıl Cabbarov rekord göstərici barədə məlumat verdi - FOTO

16:40 12-04-2021 544

“2021-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artıb”.

HerGun.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Onun sözlərinə əsasən müvafiq dövr ərzində qeyri-neft məhsullarının ümumi ixrac dəyəri 501,6 milyon dollar təşkil edib:

“Bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk üç ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon dolları ötüb”.

2021-ci ilin yanvar-mart aylarında #qeyrineft məhsullarının #ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq...

Mikayil Jabbarov paylaştı: 12 Nisan 2021 Pazartesi