Kanadada koronavirusadan ölənlərin sayında kəskin artım

22:00 12-04-2021 353

Kanadada koronavirusdan son bir həftədə 262 nəfər ölüb, bununla da ölənlərin sayı 23 313 nəfər olub.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə yoluxma sayı 57 min artaraq 1 058 652 nəfərə çatıb.

Kanada Səhiyyə naziri Teresa Tam açıqlama verərək, ikinci dalğanın pik həddinə yaxınlaşdıqlarını bildirib.

Bununla yanaşı, son həftə ərzində reanimasıyaya yerləşdirilən xəstə sayının da artdığı qeyd edilib.