Çempionlar Liqasında bu gün baş tutacaq oyunlar - AFİŞA

10:00 13-04-2021 299

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

HerGun.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk matçda “Portu”ya 2:0 qalib gəlmiş “Çelsi” bu gün baş tutacaq oyunu İspaniyanın Sevilya şəhərində keçirəcək. “Zadəganlar”ın heyətində fransalı Nqolo Kantenin oynaması sual altındadır.

Günün maraqla gözlənən matçı Fransada gerçəkləşəcək. Almaniyada Çempionlar Liqasının son qalibi “Bayern”i 3:2 hesabı ilə üstələmiş PSJ-ni yarımfinala çıxmaq üçün bu matçda heç-heçə və hətta 1:2 hesablı məğlubiyyət də qane edir. Son Fransa çempionunda ispaniyalı Xuan Bernat, argentinalı Mauro İkardi və braziliyalı Markinyos zədəlidir. Münhen klubunda isə itkilər daha çoxdur. Duqlas Kosta, Serj Qnabri, Robert Levandovski, Niklas Züle, Malik Tilman və Korenten Tolisso kimi oyunçular meydana çıxa bilməyəcək.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

23:00 “Çelsi” (İngiltərə) – “Portu” (Portuqaliya)

İlk oyun – 2:0

23:00 PSJ (Fransa) – “Bayern” (Almaniya)

İlk oyun – 3:2