ABŞ-da etirazlardan sonra məmur işdən çıxarıldı

11:20 13-04-2021 283

ABŞ-da Minnesota ştatında polis tərəfindən afroamerikalının öldürülməsindən sonra Bruklin-Senterin meri Mayk Elliot şəhər menecerini işdən qovub.

Bu barədə Elliot “Facebook” səhifəsində yazıb:

“Bizim şəhərimizin meneceri vəzifəsindən azad edilib”.

Onun səlahiyyətlərinin millət vəkilinə veriləcəyi qeyd olunur. Merin sözlərinə görə, qərar dərhal qüvvəyə minir.

Xatırladaq ki, polisin afroamerikalını güllələməsindən sonra şəhərdə etirazlar başlayıb.