Türkiyəli məşhur aktyor reanimasiyaya yerləşdirildi

15:00 13-04-2021 445

Türkiyənin Kanal D telekanalında yayımlanan “Sadakatsız” serialının sevilən aktyoru Burak Sergenin dünən axşam saatlarında səhhətində problem yaranıb.

“Haber Global” məlumat verir ki, aktyor reanimasiyaya yerləşdirilib.

Nəfəs almaqda çətinlik çəkən 60 yaşlı aktyorun koronavirus testi neqativ çıxıb.

Burak Sergenin sosial media hesabında məşhur aktyorun səhhəti ilə bağlı açıqlama verilib:

“Burak bəyin hər iki koronavirus testi mənfi çıxdı. Ağciyərlərində infeksiya və tənəffüs çətinliyi səbəbiylə reanimasiya şöbəsində nəzarət altındadır. Xahiş edirik, həssaslıq göstərin və yalan xəbərlər paylaşmayın. Dualarını əsirgəməyin. Sevgilərlə”.