Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin sayı açıqlandı
18:00 13-04-2021 266
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 2021-ci ilin birinci rübündə xidmət göstərilən sakinlərin statistikası açıqlanıb.
Sosial Xidmətlər Agentliyindən HerGun.Az-a verilən məlumata görə, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində cari ilin birinci rübündə 111 nəfəri oğlan, 63 nəfəri qız olmaqla, ümumilikdə 174 nəfərə xidmət göstərilib.
Ümumilikdə, 2021-ci ilin ilk rübündə Sosial Xidmətlər Agentliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisələrində 331 sakinə xidmət göstərilib.
Könül Cəfərli