Deputatdan metronun açılması ilə bağlı təklif

00:00 14-04-2021 39

“Metronu bağlamışıq. Amma metrodan istifadə edən sərnişinlərin hərarətini yoxlamaq avtobuslardan daha rahatdır”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, insanlar instinktiv olaraq pandemiyaya alışmalıdır:

“Metrostansiyaların girişində xüsusi cihaz qoymaqla, sərnişinlərin hərarətini yoxlamaq və ondan sonra kütlə içərisinə buraxmaq daha asandır. Bilirsən ki, hərarəti var, yoxsa yox. Ona da uyğun addım atılır. Demək istədiyim odur ki, məhdudiyyət olmalıdır, tam qadağa qoyulmamalıdır”.

Könül Cəfərli