Ərdoğan ABŞ-dan gözləntilərini açıqladı

16:54 06-08-2019 454

Türkiyə ABŞ-dan əsl müttəfiqə uyğun addımlar atmasını gözləyir.

“Dailysabah” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüşündə belə bəyanatla çıxış edib.

O bildirib ki, Türkiyə həm yumşaq güc, həm güc diplomatiyası, həm də Suriyada real siyasət ilə özünün milli maraqlarını müdafiə edəcək.

Prezident Türkiyənin tezliklə Suriyanın şimalının YPG terrorçularından təmizləməsi üçün yeni mərhələyə keçəcəyini də bəyan edib.

“Biz gözləyirik ki, ABŞ Suriyada YPG-ni silahlandırmağı dayandırsın. Türkiyə cənub sərhədlərində terrorçulara silah tədarükünə son qoyulmayana qədər özünü təhlükəsiz hiss etməyəcək”, - deyə R.T.Ərdoğan söyləyib.