Asiyada donuz vəbası yayılıb

00:27 21-06-2019 763

Asiyada yayılmış Afrika donuz vəbası 3 milyondan çox heyvanın ölümünə səbəb olub. Assosiated Press epidemiyanın artıq nəzarətdən çıxdığını yazıb. Honkonq Universitetinin baytar epidemioloqu bildirib ki, bu tarixdə heyvanlar arasında yayılmış ən qorxunc epidemiyadır:

“Biz heç zaman belə halla rastlaşmamışıq.Vyetnamda 2,5 milyon, Çində 1 milyondan çox heyvan məhv olub. Vəba Tayvan, Şimali və Cənubi Koreya, Monqolustan və Kambocaya yayılıb”.

Çinin ən böyük donuz əti ixracatçısı olmasını nəzərə alsaq, xəstəliyin yayılma ehtimalı da böyüyür.

Afrika donuz vəbası yüksək yayılma qabiliyyətinə malik virus xəstəliyidir. İnsanlar üçün hələlik təhlükəli olmasa da, heyvanlara ölümcül təsir edir. Alimlər bu xəstəliyin vaksinini tapa bilməyiblər. Viruslar hətta insanın geyimində belə həftələrlə qalıb, yayılmaq xüsusiyyətinə malikdirlər.