Məşhur müğənninin köməkçilərinin olduğu təyyarə alovlandı

19:09 06-08-2019 478

Göyərtəsində ABŞ-ın məşhur müğənnisi Pinkin konsert komandası üzvlərinin olduğu təyyarə Danimarkanın Tirstrup şəhərinin aeroportuna eniş edərkən alovlanıb.

HerGun.Az-ın verdiyi xəbərə görə, insident zamanı təyyarənin göyərtəsində 10 nəfər olub.

Onlardan heç biri xəsarət almayıb.

Müğənninin özü laynerdə olmayıb. Hava gəmisi Pinkin ötən gün çıxış etdiyi Oslodan havaya qalxıb.

Xəsarət alan olmadığından, Danimarkadakı konsert ləğv edilməsi gözlənilmir.