Bakıda güllələnmə hadisəsi baş verdi
23:36 06-08-2019 761
Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.
Oxu. Az-ın verdiyi xəbərə görə, Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahla xəsarət alıb.
Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğli